"Ermənistan beynəlxalq ictimaiyyəti manipulyasiya edir" Tural İsmayılov

"Ermənistan beynəlxalq ictimaiyyəti manipulyasiya edir" Tural İsmayılov
19:15

Tural İsmayılov: "Ermənistan beynəlxalq ictimaiyyəti manipulyasiya edir, sülh prosesinə zərbə vurur"

News365.az xəbər verir ki, politoloq Tural İsmayılov Ermənistanın sülh prosesinə qarşı dağıdıcı mövqe sərgilədiyini və beynəlxalq ictimaiyyəti aldadaraq manipulyasiya etdiyini bildirib. Onun sözlərinə görə, Ermənistan bu gün sülh prosesinə sadiq olmadığını açıq şəkildə nümayiş etdirir.

Politoloq qeyd edib ki, Avropa İttifaqının mülki missiyası adı altında Ermənistan ərazisində fəaliyyət göstərən kəşfiyyat yönümlü şəbəkələr aktiv şəkildə hərəkətə keçib. “Fransanın Ermənistana ağır hücum silahları göndərməsi, bu missiya çərçivəsində müxtəlif istiqamətlərdə qazıntı işlərinin aparılması və səngərlər qurulması ilə bağlı yayılan görüntülər Ermənistanın təxribatçı niyyətlərini bir daha sübut edir”, – deyə Tural İsmayılov vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın sülhlə bağlı verdiyi bəyanatlar gerçək niyyətləri əks etdirmir və daxili auditoriyada siyasi gündəmi dəyişməyə hesablanıb: “Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyəti yoxdur. ATƏT-in Minsk qrupu ilə bağlı konkret addımlar atmaması və yalnız bəyanat səviyyəsində danışması bu niyyətsizliyin göstəricisidir.”

Tural İsmayılov əlavə edib ki, əgər Ermənistan həqiqətən sülh istəyirsə, ilk növbədə öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalı, ATƏT-in Minsk qrupu çərçivəsində konkret təşəbbüslərlə çıxış etməlidir. “Əks halda, Ermənistanın sülhə deyil, müharibəyə hazırlaşdığı açıq şəkildə görünür”, – deyə politoloq bildirib.



Sizin reklam burada
Sizin reklam burada