Əvəz Zeynallı Kürdəxanıda dəfn ediləcək - YENİLƏNİB

Əvəz Zeynallı Kürdəxanıda dəfn ediləcək - YENİLƏNİB
28 Sen 2026 18:12

Əvəz Zeynallının cənazəsi sabah saat 11.00-da öz evindən - Binəqədi rayonu, Batabat küçəsindən götürüləcək

News365.az xəbər verir ki, bu barədə sosial şəbəkədə vəkili Rəşad Vaqifoğlu məlumat paylaşıb.

Vəkil qeyd edib ki, mərhum jurnalist Kürdəxanı qəbristanlığında dəfn ediləcək.

***

"Xural" qəzetinin və "Xural" TV-nin rəhbəri Əvəz Zeynallı vəfat edib.

 News365.az xəbər verir ki, bu haqda məlumatı jurnalistin vəkil Rəşad Vaqifoğlu yayıb.

Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bu gün səhər saatlarında onun vəziyyəti pisləşmiş və dərhal xəstəxanaya aparılmışdı.

Allah rəhmət eləsin!


Sizin reklam burada
Sizin reklam burada