NASA-nın Ayın səthini araşdıran kosmik aparatı 2024-cü ildə yaranmış, diametri 222 metr olan nəhəng krater aşkar edib.
News365.az xəbər verir ki, “Associated Press”in məlumatına görə, krater asteroid və ya kometin bir parçasının Ayın səthinə çırpılması nəticəsində yaranıb. Hadisə Yer və kosmos teleskopları tərəfindən vaxtında qeydə alınmayıb.
Tədqiqatçılar kraterin dərinliyinin 43 metrə çatdığını müəyyən ediblər. Zərbə nəticəsində ətraf ərazidə də dəyişikliklər baş verib.
Alimlər hesab edirlər ki, bu cür müşahidələr gələcəkdə Ayda qurulması planlaşdırılan bazaların meteorit zərbələrindən qorunması üçün əhəmiyyət daşıyır.