İnsan niyə yuxuya gedərkən yıxıldığını hiss edir?

İnsan niyə yuxuya gedərkən yıxıldığını hiss edir?
19:40

Yuxuya gedərkən qəfil yıxıldığını hiss etmək və diksinərək oyanmaq bir çox insanın yaşadığı maraqlı hadisələrdən biridir. Bəs bu hissin səbəbi nədir?

News365.az xəbər verir ki, bu hadisə elmi ədəbiyyatda hipnik sıçrayış adlanır. Bu, insan yuxuya keçərkən əzələlərdə baş verən qəfil və qeyri-iradi hərəkətdir.

Hipnik sıçrayış zamanı insan bəzən özünü pilləkəndən yıxılan, boşluğa düşən və ya büdrəyən kimi hiss edir. Bəzi hallarda bu hiss qəfil əzələ hərəkəti ilə müşayiət olunur.

Alimlər bu hadisənin dəqiq səbəbini tam müəyyən etməsələr də, onun yuxuya keçid zamanı sinir sistemində baş verən dəyişikliklərlə əlaqəli olduğunu düşünürlər.

Stress, yorğunluq, yuxusuzluq və kofeinin həddindən artıq qəbulu belə halların daha tez-tez baş verməsinə səbəb ola bilər.

Hipnik sıçrayış, adətən, təhlükəli hesab edilmir və müalicə tələb etmir. Lakin bu hallar tez-tez təkrarlanırsa və yuxunun keyfiyyətinə təsir edirsə, həkimə müraciət etmək tövsiyə olunur.


Sizin reklam burada
Sizin reklam burada