Şəhərlərarası və rayonlararası sərnişin daşımaları həyata keçirən avtobus sürücüləri biletsiz daşınmaya görə cərimələnə bilərlər.
News365.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 320.2. bəndinə görə, şəhərlərarası (rayonlararası) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişinin biletsiz aparılmasına görə 30 məbləğində cərimə edilir.
Hazırda quru yollar bağlı olsa da, sürücülərin məlumatlı olmağında fayda var, çünki 320.3. bəndinə əsasən beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişinin biletsiz aparılmasına görə 40 manat məbləğində cərimə edilir.
Bu səbəbdən sərnişin daşımaları ilə məşğul olan sürücülərin müəyyən edilmiş qaydalara əməl etmələri və sərnişinlərin gediş haqqını müvafiq qaydada ödəmələrinə diqqət yetirmələri tələb olunur.