Bakıda oğul öldürüldü - Anasının da meyiti tapıldı -YENİLƏNİB

Bakıda oğul öldürüldü - Anasının da meyiti tapıldı -YENİLƏNİB
15:23

Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib.

Məlumata görə, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. 

***

TƏBİB-dən bildirilib ki, bu gün saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ərazisindən çağırış qeydə alınıb. 

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (1 qadın, 1 kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.


Sizin reklam burada
Sizin reklam burada