Beyin hərəkət etmədən də məşq edə bilir.
News.365.az xəbər verir ki, alimlər hərəkətləri zehində canlandırmağın fiziki məşq olmadan da bəzi bacarıqların inkişafına kömək etdiyini müəyyən ediblər.
“PLOS One” jurnalında dərc olunan araşdırmada 76 sağlam gənc iştirak edib. Onlardan əlləri ilə top fırlatmaq hərəkətini zehinlərində canlandırmaları istənilib.
Nəticələr göstərib ki, hərəkətləri zehində təsəvvür edən iştirakçılar tapşırığı yerinə yetirərkən daha yaxşı nəticə göstəriblər.
Alimlərin fikrincə, bu üsul idman məşqlərində və insultdan sonra hərəkət bacarıqlarının bərpasında faydalı ola bilər.
Bununla belə, zehni məşqlər fiziki məşqləri tam əvəz etmir.