Milli Məclisdən MÜHÜM QƏRAR: 2027-ci il yanvarın 1-dən...

Milli Məclisdən MÜHÜM QƏRAR: 2027-ci il yanvarın 1-dən...
11:36

Yoxlamalara dair yeni qadağa qoyulur.

News365.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, yoxlamanın dayandırıldığı müddətdə yoxlayıcı orqan tərəfindən həmin yoxlama çərçivəsində yerlərə gəlməklə hər hansı yoxlama tədbirlərinin aparılması qadağandır.

Qəbul ediləcəyi təqdirdə bu Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.


Sizin reklam burada
Sizin reklam burada