Bakının kanalizasiya sistemi Abid Şərifovun şirkətinə tapşırıldı - 5 milyon...

Bakının kanalizasiya sistemi Abid Şərifovun şirkətinə tapşırıldı - 5 milyon...
12:25

Bakı şəhərinin Xətai, Nizami, Binəqədi və Sabunçu rayonları, eləcə də Sumqayıt şəhəri inzibati ərazilərində yerləşən kanalizasiya kollektorlarında baş vermiş qəzaların aradan qaldırılması üçün cari təmir və bərpa işləri həyata keçiriləcək.

News365.az-ın xəbərinə görə, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti hazırlıqlara başlayıb. 

Qurum görüləcək işlərlə bağlı Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC ilə razılığa gəlib.  Bu işlərə görə şirkətə ümumilikdə 5 mln 201 min 558 manat ödəniləcək.   

Qeyd edək ki, "Evrascon” ASC-nin qanuni təmsilçisi Həmzər İsmiyev İsmayıl-Əfəndiyeviçdir. Tikinti şirkəti "Azərkörpü” ASC-nin bazasında yaradılıb. Mətbuatın yazdığına görə, şirkət Baş nazirin keçmiş müavini Abid Şərifovun ailəsinə məxsusdur. 


Sizin reklam burada
Sizin reklam burada