Telefonla danışarkən və ya səs yazısını dinləyərkən bir çox insan öz səsini eşidəndə təəccüblənir. Bəziləri hətta səsinin yazıda olduğundan fərqli gəldiyini düşünür. Bəs bunun səbəbi nədir?
News365.az xəbər verir ki, insan danışarkən öz səsini iki fərqli yolla eşidir: hava vasitəsilə və kəllə sümüklərində yaranan titrəyişlər vasitəsilə.
İnsan danışarkən səs tellərində yaranan səs dalğaları hava ilə qulağa çatır. Eyni zamanda, bu titrəyişlər kəllə sümükləri vasitəsilə də daxili qulağa ötürülür.
Sümük keçiriciliyi səsin qəbuluna təsir edir və insan öz səsini daha fərqli, adətən, daha qalın eşidir.
Səs yazısını dinləyərkən isə insan əsasən hava vasitəsilə ötürülən səsi eşidir. Buna görə də yazıdakı səs insana tanış gəlməyə bilər.
Mütəxəssislər bildirirlər ki, bu fərq normal fizioloji hadisədir və eşitmə qabiliyyətində problem olduğunu göstərmir.