Arxeoloqlar 66 milyon illik dinozavr sümüyündə qeyri-adi izlər tapıblar

Arxeoloqlar 66 milyon illik dinozavr sümüyündə qeyri-adi izlər tapıblar
22:20

Alimlər dünyanın ən böyük tirannozavr skeletlərindən biri hesab edilən “Scotty”nin qabırğa sümüyündə 66 milyon il əvvələ aid qeyri-adi damar şəbəkəsi aşkar ediblər.

News365.az xəbər verir ki, ScienceDaily nəşrinin məlumatına görə, tədqiqatçılar zədələnmiş sümüyü neytron və rentgen texnologiyaları ilə araşdırıblar.

Müayinələr zamanı dinozavrın sağalma prosesi zamanı yaranmış, sümüyün daxilində qorunub saxlanılan damar strukturları müəyyən edilib.

Kəşf alimlərə milyonlarla il əvvəl yaşamış heyvanların zədələrdən necə sağaldığını və sümük toxumasının necə bərpa olunduğunu öyrənmək imkanı verir.


Sizin reklam burada
Sizin reklam burada