“Hazırda əsas mövzu gələn ilin dövlət büdcəsidir. İnşallah, uğurla qəbul olunar. Büdcə göstəriciləri ümumilikdə normaldır. Nə fövqəladə sevindirici, nə də ciddi mənfi məqam görürəm. Ancaq bir məsələyə yenidən baxılmasını vacib hesab edirəm”.
Bu fikirlər iqtisadçı Eldəniz Əmirov deyib.
O, qeyd edib ki, bu da ehtiyac meyarıdır:
“Onun 300 manatdan 314 manata, yəni cəmi 4,7% artırılmasına yenidən baxəlması daha doğru olardı. Söhbət bu artımın heç infilyasiyanı qarşılaya bilməməsindən də getmir, axı həm də zamanla insanların zəruri məhsul və xidmətlərə olan tələbatının dəyişməsi də nəzərə alınmalıdır. İl 2027-dir, 2014-cü il deyil. 13 il keçib. Ehtiyaclar çox dəyişib və daim dəyişir. Artıq nəinki 10 ildə bir, hətta hər il ehtiyaclar da dəyişir, xidmətlər də, insanlar da, qurumlar da.
Digər həssas məsələ kənd təsərrüfatında vergi güzəştlərinin dəyişdirilməsidir. Bu məsələdə olduqca ehtiyatlı davranılmalıdır. Çünki aqrar sahəyə olan təsir hər yana sıçrayır, hətta Bakının tıxacına da təsir edir. Çünki rəsmi statistikaya görə işləyən hər 100 nəfərdən 35-36 nəfərin çörəyi burdan çıxır”.
News365.az