Böyük korrupsiya əməliyyatı- Vəzifəli şəxslər həbs edildilər

Böyük korrupsiya əməliyyatı- Vəzifəli şəxslər həbs edildilər
22:20

Ermənistan Dövlət Gəlirləri Komitəsinin və Ədliyyə Nazirliyinin Məcburi İcra Xidmətinin əməkdaşları korrupsiya ittihamı ilə saxlanılıblar.

News365.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Cinayət işi bir qrup vəzifəli şəxsin külli miqdarda - 20 milyon dram (təxminən 95 120 manat) rüşvət alması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, həmçinin xüsusilə külli miqdarda vergidən yayınma halları ilə bağlıdır.

"Ədliyyə Nazirliyinin Məcburi İcra Xidmətinin və Dövlət Gəlirləri Komitəsinin vəzifəli şəxsləri də daxil olmaqla, bir sıra şəxslər saxlanılıblar", - deyə komitənin məlumatında bildirilib.

Cinayət işi ilə bağlı digər təfərrüat hələlik açıqlanmayıb.


Sizin reklam burada
Sizin reklam burada