Deputatlar büdcə müzakirəsində maaş və sosial ödənişlərlə bağlı təkliflər səsləndirdilər

Deputatlar büdcə müzakirəsində maaş və sosial ödənişlərlə bağlı təkliflər səsləndirdilər
13:15

Mədəniyyət işçilərinin əməkhaqlarının artırılması və əlilliyi olan şəxslərin müavinət ödənişləri ilə bağlı yaranan problemlərin həlli Milli Məclisdə gündəmə gətirilib.

News365.az xəbər verir ki, məsələ noyabrın 12-də parlamentin üç komitəsinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı qaldırılıb.

Deputat Günay Əfəndiyeva mədəniyyət işçilərinin maaşlarının artırılmasının vacibliyini vurğulayıb. O, həmçinin Bələdiyyə və Yuğ teatrlarının bina probleminə diqqət çəkib.

Deputat Ceyhun Məmmədov isə əlillik statusu dayandırıldıqdan sonra müavinətin bərpası üçün aylarla gözləyən vətəndaşların həmin müddətdə ödənişsiz qalmasını problem kimi qiymətləndirib və məsələyə yenidən baxılmasını təklif edib.

O, çıxışında klub və kitabxanaların, gənclər təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, din xadimlərinə dəstəyin artırılması və tarixi dini abidələrin bərpası üçün əlavə büdcə vəsaitinin ayrılmasının da vacibliyini qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada