Azərbaycan,
Gürcüstan və Qazaxıstan Orta Dəhliz boyunca yük daşımalarını 2029-cu ilə qədər
30 milyon tona çatdırmaq niyyətindədirlər. Bunun
üçün hər 3 dövlət dəhliz üzrə investisiya layihələri həyata keçirir. Məsələn, Gürcüstan
nəqliyyat sektoruna təxminən 7 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Bu barədə
Gürcüstanın Baş nazirinin müavini və İqtisadiyyat və Davamlı İnkişaf naziri
Mariam Kvrivişvili bildirib.
"Bu
plan 2029-cu ilə qədər Orta Dəhliz boyunca 30 milyon ton yükün daşınmasını nəzərdə
tutur. Biz tərəfdaşlarımızla daim əməkdaşlıq edirik və birgə regional tədbirlər
müəyyən etmişik"- deyə Mariam Kvrivişvili qeyd edib.
Nazir həmçinin
qeyd edib ki, Orta Dəhlizin inkişafı çərçivəsində Gürcüstan Qazaxıstan və Azərbaycanla
əməkdaşlığa xüsusi diqqət yetirir və onlarla nəqliyyatın genişləndirilməsinə və
regional əməkdaşlığın gücləndirilməsinə yönəlmiş plan artıq hazırlanıb.
Mariam Kvrivişvili
əlavə edib ki, Gürcüstan nəqliyyat sektoruna təxminən 7 milyard dollar
investisiya qoymaq niyyətindədir və bu vəsait liman, dəmir yolu, quru və hava
infrastrukturunun inkişafına sərf olunacaq.
Xatırladaq
ki, Gürcüstanın ACT MMC tədqiqat şirkəti ölkədə sahibkarlığın perspektivləri ilə
bağlı araşdırma hazırlayıb və nəticədə ölkədə biznesin rəqabət qabiliyyətinin
artırılmasının birbaşa Orta Dəhlizin inkişafından asılı olduğu qənaətinə gəlib.
Gürcüstan həmçinin
Bakı-Tbilisi-Qars arasında intermodal daşımaları genişləndirmək potensialına
malikdir. Bu, ixrac logistika imkanlarını artıracaq və kiçik və orta
sahibkarlıq subyektləri üçün Avropa bazarlarına çıxışı açacaq.
News365.az