Şərabçılıqdakı enişin səbəbi bilindi

Şərabçılıqdakı enişin səbəbi bilindi
09:15

“Azərbaycanda şərabçılığın inkişafı ilə bağlı iki dövlət proqramı qəbul edilib və hər dəfə proqram qəbul edildikcə, şərab istehsalı və ixracı azalıb, bəli, artmayıb, azalıb”.

Bu fikirləri iqtisadçı Natiq Cəfərli deyib.

O, qeyd edib ki, mətbuatda gördüm ki, Kənd Təsərrüfatı naziri və komandası Azərbaycan şərabçılığını tanıtmaq üçün Monakoya səfər edib.:

“Monako gəzmək üçün gözəl yerdi, buna şübhəm yoxdur, amma, şərab istehsalçıları əvvəl, məsələn, heç olmasa Bolqarıstan bazarına çıxsın ki, Monakonu hədəf ala bilsin, nazir və komandası Monakonu gəzmək istəyirsə, bu başqa məsələ, amma, bunun şərabçılığa ciddi təsir edəcəyini düşünmürəm.

Bilirsiniz ki, mən rəqəm sevirəm, rəqəmlər yalan danışmır:

1) 2021-ci ildə Azərbaycan cəmi 4 mln. dollarlıq şərab ixrac edib ki, bu 2019-cu ildən 47% azdır,

2) 2022-ci ildə Azərbaycan 300 min dekalitr şərab ixrac edib, bu ən yüksək göstəricilərdən biridir,

3) 2025-ci ildə isə ixrac 155 min dekalitrə düşüb, 2022-ci ilə nisbətən ixrac 2 dəfə azalıb – yazmışam axı, dövlət dəstək proqramları qəbul edildikcə, istehsal və ixrac azalır.

İxracımızın 85-90%-i Rusiyayadır.

Avropaya ixraca baxsaq, insan bilmir ağlasın, ya gülsün: 2024-cü ildə Azərbaycan Britaniyaya 54 min dollarlıq, Polşaya 48 min dollarlıq, Almaniyaya 30 min dollarlıq, Baltikyanı ölkələrə (üç ölkəyə) cəmi 35 min dollarlıq şərab ixracı olub.

Siyahıda Fransa, Monako, İtaliya yoxdur, olmayacaq da – bilirsiniz niyə?! Şərab istehsalı və ixracı hekayə quruculuğundan başlayır, əvvəl sən hekayə yaradıb-satmalısan, sonra şərabın özünü. Bundan başqa, Azərbaycan şərabları arasında yüksək keyfiyyətli şərablar var, amma, çox bahadır, bu bazar dünyada çox rəqəbətli bazardır, Fransa, İtaliya, Çili, ABŞ, Cənubi Afrika və s. ölkələrin istehsal etdiyi şərabları Avropada 3-5 avroya almaq olar, yəni, 6-10 manata yaxşı şərab satılır Buna görə də, hekayəsi, tanıtımı olmayan Azərbaycan şərabını Avropada siz 10 avroya sata bilməzsiniz, bu mümkün deyil.

Belə səfərlər effektiv deyil, ola da bilməz, hə, gəzmək üçün əladır, bəlkə də sonda məmurlarımız, “çox gəzən – çox bilər”, prinsipi ilə nəsə öyrənəcəklər...”

 

News365.az


Sizin reklam burada
Sizin reklam burada