Saat hesabı iş kim üçün sərfəlidir- işəgötürən, yoxsa işçi üçün?

Saat hesabı iş kim üçün sərfəlidir- işəgötürən, yoxsa işçi üçün?
09:26

Məlum olduğu parlamentdə saat hesabı iş müzakirə olunur. Bu da o deməkdir ki, yaxın gələcəkdə ölkəmizdə saat hesabı işləmək qanunla mümkün olacaq.

Bəs bu addım nə qədər effektiv ola bilər?

Məsələ ilə bağlı danışan iqtisadçı Əkrəm Həsənov deyir ki, indi əmək haqqını aylıq deyil, saat hesabı etmək istəyirlər:

“Keçəl Həsən, Həsən keçəl. Maaş artmırsa, onun aylıq və ya saatlıq hesablanmasının nə fərqi var axı? İşçilərin hüquqlarını düşünən Əmək Məcəlləsinə düzəliş edərək müddətli əmək müqavilələrinin bağlanmasını məhdudlaşdırar. Yoxsa işəgötürənlər lap ağını çıxardıblar: işçilərlə aylıq müqavilələr bağlayırlar. Səbəb də bəllidir: işçini özündən tam asılı etmək, onu istənilən vaxt səbəbsiz işdən çıxarmaq imkanına malik olmaq. Yəni müddətin bitdi, xoş gəldin...”

News365.az


Sizin reklam burada
Sizin reklam burada