Qara dənizdə Somali bayrağı altında üzən “BETUL 8” adlı yük gəmisi Bolqarıstan sahillərində batıb.
News365.az xarici mətbuata istinadən xəbər verir ki, Rumıniyadan Misirə 3 min ton buğda daşıyan gəmidə 8 Türkiyə və 4 Azərbaycan vətəndaşı olmaqla, 12 nəfər olub.
Bolqarıstan, Rumıniya və Türkiyənin iştirakı ilə keçirilən xilasetmə əməliyyatı nəticəsində ekipajın bütün üzvləri sağ xilas edilib.
İlkin məlumatlara əsasən, gəmidə partlayış baş verdikdən sonra o, batıb. Partlayışın dəniz minasından və ya pilotsuz uçuş aparatının hücumundan qaynaqlana biləcəyi ehtimalları araşdırılır. Hadisənin dəqiq səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, 1988-ci ildə inşa edilən “BETUL 8” yük gəmisi Marshall adalarında qeydiyyatdan keçmiş “Optimus Marine” şirkətinə məxsusdur.