Sənaye zonaları qeyri-neft ixracının 23 faizdən çoxunu təmin edir

Sənaye zonaları qeyri-neft ixracının 23 faizdən çoxunu təmin edir
12:15

Azərbaycanda qeyri-neft-qaz sektorunda struktur dəyişiklikləri davam edir. Sənaye zonaları, nəqliyyat-logistika və rəqəmsal xidmətlər iqtisadi artımın əsas istiqamətlərinə çevrilir. Cari ilin ilk 9 ayında sənaye zonalarının qeyri-neft-qaz sənayesi ixracında payı 23 faizi ötüb.

News365.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazirin sözlərinə görə, sənaye zonalarının ölkənin qeyri-neft-qaz sənaye istehsalında payı 19 faizdən çoxdur. İxracda isə bu göstərici 23 faizdən yüksəkdir.

M.Cabbarov qeyd edib ki, qeyri-neft-qaz sektorunda baş verən struktur dəyişiklikləri nəticəsində sənaye, nəqliyyat-logistika və rəqəmsal xidmətlər iqtisadi artımın aparıcı sahələri kimi ön plana çıxır.


Sizin reklam burada
Sizin reklam burada