“Gəncə-Şərab-1” ASC borclarını ödəmək üçün çıxış yolu axtarır
News365.az xəbər verir ki, vergi, DSMF və digər borcları artan “Gəncə-Şərab-1” ASC bununla bağlı növbədənkənar iclas keçirməyi planlaşdırır.
İclasda borcların ödənilməsi yolları ilə yanaşı, cəmiyyətdə yeni idarəetmə strukturunun formalaşdırılması, səlahiyyətlərin müəyyənləşdirilməsi, şirkətin adının dəyişdirilməsi və nizamnaməsinin yeni redaksiyada təsdiqlənməsi məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, “Gəncə-Şərab-1” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Mirməhəmməd Həmid oğlu Məmmədovdur. Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, 56 ünvanında qeydiyyatda olan müəssisənin nizamnamə kapitalı 730 min 524 manatdır.