Məzahir Qarayevə yüksək vəzifə verildi

Məzahir Qarayevə yüksək vəzifə verildi
14:46

Dövlət Radiotezliklər İdarəsində yeni təyinat olub.

News365.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsində kadr dəyişikliyi baş verib.

İdarənin rəis müavini, rəis vəzifəsini icra edən İlham Əhədovun imzaladığı əmrə əsasən, Məzahir Qarayev Satınalma və inzibati işlər departamentinin müdir müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, M.Qarayev 2023-cü ilin noyabrından 2026-cı ilin noyabrınadək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində maliyyə sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb.

O, daha əvvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyində baş mühasib və mütəxəssis, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində iqtisadçı, Xətai Telefon Qovşağında isə mühasib vəzifələrində işləyib.


Sizin reklam burada
Sizin reklam burada