Alimlər qədim Roma betonunun əsrlərlə dağılmamasının sirrini araşdırıblar.
News365.az xəbər verir ki, qədim Roma tikililərinin minilliklər boyu qorunub saxlanmasının səbəblərindən biri betonun xüsusi tərkibidir. Tədqiqatçılar müəyyən ediblər ki, betonun tərkibindəki əhəng qalıqları su ilə təmasda çatların öz-özünə bağlanmasına kömək edə bilər. Bu texnologiya müasir tikinti sənayesi üçün də maraq doğurur.