Türkiyə ordusu üçün yeni zirehli hərbi texnika hazırlanacaq.
News365.az xəbər verir ki, Türkiyənin “Otokar” şirkəti Silahlı Qüvvələr üçün yeni 4x4 taktiki təkərli zirehli avtomobil hazırlamaq məqsədilə Müdafiə Sənayesi Başkanlığı ilə müqavilə imzalayıb.
Layihə çərçivəsində Türkiyə ordusunun istifadəsi üçün yeni nəsil 4x4 zirehli hərbi texnikanın hazırlanması nəzərdə tutulur.