Dünya bazarında neft ucuzlaşdı: Brent 95 dollardan aşağı düşdü

Dünya bazarında neft ucuzlaşdı: Brent 95 dollardan aşağı düşdü
09:00

Həftənin ilk iş günündə dünya bazarında neftin qiymətində ucuzlaşma qeydə alınır.

News365.az hərrac məlumatlarına istinadən xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin bir barelinin qiyməti 1,5 dollar azalaraq 95 dollardan aşağı düşüb.

Nyu-Yorkun NYMEX birjasında isə WTI markalı neftin qiymətində təxminən 1 dollarlıq ucuzlaşma müşahidə olunur. Nəticədə bu markalı neftin bir barelinin qiyməti 98 dollardan aşağı enib.

Neftin ucuzlaşmasının əsas səbəbləri sırasında ABŞ-ın İrana hücum planını təxirə salması, eləcə də Körfəz ölkələrindən Hörmüz boğazı və alternativ marşrutlar vasitəsilə neft ixracının artması göstərilir.


Sizin reklam burada
Sizin reklam burada