İranın “müharibəyə hazır olun” xəbərdarlığı – Azərbaycan nə etsin?

İranın “müharibəyə hazır olun” xəbərdarlığı – Azərbaycan nə etsin?
13:31

İranın əhalisinin müharibəyə hazır olması barədə xəbərdarlığı diqqəti yenidən Azərbaycanın qonşusu olan bu ölkəyə yönəldib. İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi region ölkələrinin xarici işlər nazirləri ilə əlaqələrin davam etdiyini bildirib. O, vəziyyəti əlverişsiz adlandırıb və bunun səbəbi kimi ABŞ-ın və İsrailin hərəkətlərini göstərib. ABŞ prezidenti Donald Tramp Kentukki ştatında çıxışı zamanı ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarda üstünlük qazandığını və İranın nüvə imkanlarını sıradan çıxardığını iddia edib. O, müharibənin “çox tez” başa çatacağını deyib. Həmçinin ABŞ qüvvələrinin İranın nüvə potensialını bərpa etməsinin qarşısını almaq üçün regionda daha uzun müddət qala biləcəklərini  bildirib.İranın müdafiə naziri əvəzi ABŞ-ın mümkün yeni zərbələri barədə məlumatlara cavab olaraq bildirib ki, bombaların ölçüsü və adı həlledici deyil. Onun sözlərinə görə, ABŞ-ın hərbi hücumu Vaşinqtonun beynəlxalq nüfuzuna, iqtisadiyyatına və seçki hesablamalarına zərər vura bilər. O, İranın raket imkanlarının hərbi qüvvələr nisbətini dəyişdirdiyini iddia edib.

Picture background“Hraparak” nəşrində İran mediasının əhaliyə “müharibəyə hazır olun” çağırışı ilə bağlı təhlil dərc edilib. Erməni nəşrində yayımlanan şərhdə İranın bu bəyanatının mütləq şəkildə müharibənin başlanacağı anlamına gəlmədiyi bildirilir. Müəllif hesab edir ki, Tehran bu çağırışla həm ölkə daxilində əhalini mümkün hərbi əməliyyatlara hazırlamağa, həm də beynəlxalq ictimaiyyətə siyasi mesaj verməyə çalışır.Məqalədə qeyd olunur ki, ABŞ-ın hərbi texnikasının və aviasiyasının regionda hərəkətliliyi, o cümlədən Hörmüz boğazı ətrafında müşahidə olunan fəallıq İranın bəyanatına təsir edən amillərdəndir. Müəllifin fikrincə, Tehran bu yolla dünya enerji bazarında narahatlığı artırmağa, yanacağın qiymətlərinin aşağı düşməsinin qarşısını almağa və ABŞ administrasiyasına siyasi təzyiq göstərməyə çalışa bilər.

Erməni nəşrində ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkiləri də ayrıca vurğulanır. Məqalə müəllifi yanacağın qiymətlərinin seçicilərin əhvalına təsir edə biləcəyini düşünür və İranın mümkün hərbi qarşıdurmanın Vaşinqton üçün həm maliyyə, həm də siyasi baxımdan baha başa gələcəyini nümayiş etdirməyə çalışdığını bildirir.
Təhlildə vurğulanır ki, İranın xəbərdarlığı yalnız daxili auditoriyaya ünvanlanmış çağırış deyil, həm də mümkün hərbi əməliyyatların qarşısını almağa yönələn siyasi addım kimi qiymətləndirilə bilər.

Picture backgroundAzərbaycan bu proseslər fonunda ilk növbədə sərhədləri yaxınlığında baş verən hərbi-siyasi dəyişiklikləri diqqətlə izləməli, milli təhlükəsizliyini və enerji infrastrukturunun qorunmasını prioritet saxlamalıdır. İranla münasibətlərdə gərginliyin artmasının sərhəd təhlükəsizliyinə, regional nəqliyyat dəhlizlərinə və enerji bazarına mümkün təsirləri nəzərə alınmalıdır. Bakı həmçinin diplomatik kanalları açıq saxlamaqla, regionda hərbi eskalasiyanın qarşısının alınmasına və Azərbaycanın milli maraqlarının qorunmasına yönəlmiş balanslı siyasət yürütməlidir.


Sizin reklam burada
Sizin reklam burada