Gəncədə 42 yaşlı kişi dördüncü mərtəbədən yıxılıb

Gəncədə 42 yaşlı kişi dördüncü mərtəbədən yıxılıb
20:20

Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb.

News365.az xəbər verir ki, hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini 1984-cü il təvəllüdlü A. Baxışəliyev beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb.

42 yaşlı kişi dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

A. Baxışəliyevin hansı şəraitdə yıxılması məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada