2 min il əvvəl hazırlanmış mexanizm qədim yunanların texnoloji biliklərini üzə çıxarıb.
News365.az xəbər verir ki, 1901-ci ildə Yunanıstan sahillərində batmış gəmidən tapılan Antikitera mexanizmi alimləri heyrətləndirməkdə davam edir. Bürünc dişli çarxlardan ibarət qurğu Günəşin, Ayın və planetlərin hərəkətlərini hesablamaq üçün istifadə olunub.
Bəzən dünyanın ilk analoq kompüteri adlandırılır.