Toyuq filesinin qiyməti 10 manata yaxınlaşır – bazarda bahalaşma

Toyuq filesinin qiyməti 10 manata yaxınlaşır – bazarda bahalaşma
20:20

Toyuq filesinin qiymətində artım müşahidə olunur. News365.az xəbər verir ki, son günlər bəzi satış məntəqələrində toyuq filesinin kiloqramı 9-10 manata qədər yüksəlib.


Alıcıların sözlərinə görə, xüsusilə keyfiyyətli və sümüksüz toyuq filesinin qiymətində artım daha çox hiss olunur. Bəzi market və satış nöqtələrində məhsulun qiyməti 9 manatdan başlayır, bəzi yerlərdə isə kiloqramı 10 manata çatır.


Satıcılar qiymət artımını məhsulun tədarükü və topdansatış qiymətlərindəki dəyişikliklərlə əlaqələndirirlər. Bazarda müəyyən çeşidlər üzrə məhsul qıtlığının yarandığı da bildirilir.


İstehlakçılar isə son günlər toyuq məhsullarının qiymətlərindəki dəyişiklikdən narazıdırlar. Onların fikrincə, xüsusilə gündəlik istifadə olunan məhsullardan birinin qısa müddətdə bahalaşması ailə büdcəsinə əlavə yük yaradır.


Hazırda toyuq filesinin qiymətinin növbəti günlərdə necə dəyişəcəyi və bahalaşmanın müvəqqəti, yoxsa davamlı olacağı ilə bağlı rəsmi açıqlama yoxdur.


Sizin reklam burada
Sizin reklam burada