Deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi
News365.az xəbər verir ki, bu təkliflə deputat Hikmət Babaoğlu Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
Deputat bildirib ki, milli düşüncə platformasının formalaşmasında media, televiziya və media yayımı mühüm rol oynayır.
Onun sözlərinə görə, hazırda bu sahəyə 68 milyon 369 min manat vəsait ayrılması nəzərdə tutulur. Bunun 53,5 milyon manatı televiziyalara, 14,5 milyon manatı isə media yayımına yönəldiləcək.
H.Babaoğlu qeyd edib ki, media sahəsinə ayrılan vəsaitin artırılması və bu istiqamətdə əlavə maliyyə mənbələrinin yaradılması vacibdir. O, bunu ideoloji təhlükəsizlik və gələcəyin çağırışları baxımından əhəmiyyətli hesab etdiyini vurğulayıb.