Tokayevdan Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi ilə bağlı qərar

Tokayevdan Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi ilə bağlı qərar
12:00

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Yermek Saqimbayevin vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb. Əvvəllər komitənin sədr müavini olan Marat İrmenov xüsusi xidmətin yeni rəhbəri təyin edilib.

News365.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

"Dövlət başçısının fərmanı ilə Marat Qataulloviç İrmenov Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sədri təyin edilib, o, daha əvvəl tutduğu vəzifəsindən azad edilib", - deyə məlumatda bildirilib.


Sizin reklam burada
Sizin reklam burada