Şahdağa 20 sm, Qrızda 14 sm qar yağıb

Şahdağa 20 sm, Qrızda 14 sm qar yağıb
11:19

Ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti davam edir.


Milli Hidrometeorologiya Xidmətindən News365.az-a verilən məlumata görə, Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qar yağır.

Qar örtüyünün hündürlüyü Şahdağda 20, Qrızda 14, Xınalıqda 7, Kəlbəcərdə 5, Laçında 4, Qusarda (Laza) 3, Qubadlıda isə 2 santimetrə çatıb.

Bakıda və Abşeron yarımadasında 6 mm yağıntı qeydə alınıb. Ən çox yağıntı Qəbələdə (20 mm), Oğuzda (17 mm), Göygöldə (16 mm) və Daşkəsəndə (15 mm) düşüb. Digər rayonlarda da müxtəlif intensivlikdə yağış yağıb.

Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 25 m/s-dək güclənir. Dənizdə dalğanın hündürlüyü isə 6,2 metrə çatır.


Sizin reklam burada
Sizin reklam burada