Ağdaş rayonunda 26 yaşlı kişinin meyiti tapılıb.
News365.az xəbər verir ki, Hadisə rayonun Yenikənd kəndində baş verib. Kənd sakini, 2000-ci il təvəllüdlü Eltac Xuduyevin nəşi yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Onun xəstəlikdən öldüyü deyilir.