News365.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, 2027-ci il üçün nəzərdə tutulan sosialyönlü xərclər 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 3,5 milyard manat və ya 22,8 faiz çoxdur.
S.Babayev qeyd edib ki, 2023-cü illə müqayisədə gələn il sosialyönlü xərclər mütləq ifadədə 4,4 milyard manat və ya 30,6 faiz artacaq.
Sosial müdafiə və sosial təminat xərcləri üçün 2027-ci ilin dövlət büdcəsindən 4,9 milyard manat ayrılması proqnozlaşdırılır. Bu məbləğ ümumi büdcə xərclərinin 11,6 faizinə bərabərdir və 2025-ci ilin icra göstəricisini 360 milyon manat və ya 7,9 faiz üstələyir.
Bununla yanaşı, gələn il icmal büdcənin sosial müdafiə və sosial təminat xərclərinin 12,9 milyard manat olacağı gözlənilir. Bu, 2025-ci illə müqayisədə 2,2 milyard manat və ya 21 faiz artım deməkdir.
Səhiyyə sahəsinə ayrılan vəsaitdə də artım nəzərdə tutulub. Belə ki, 2027-ci ildə icmal büdcənin səhiyyə xərclərinin 4 milyard manata çatacağı proqnozlaşdırılır. Bu göstərici 2025-ci ilin səviyyəsindən 1 milyard manat və ya 36 faiz çoxdur.