Ucarda yük avtomobili minik maşınına çırpılıb, xəsarət alan var.
News365.az xəbər verir ki, rayon ərazisində yük maşını "Hyundai" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Hyundai" idarəetmədən çıxaraq arxa düşüb.
Qəza nəticəsində xəsarət alanın olduğu bildirilir.