Saakaşvili futbolçuları tənqid etdi: Mövqeyiniz yoxdur!

Saakaşvili futbolçuları tənqid etdi: Mövqeyiniz yoxdur!
15 Noy 2026 23:59

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili milli futbol komandasını artıq dəstəkləyə bilməyəcəyini bildirərək, futbolçuları vətəndaş mövqeyinin olmamasında, Gürcüstan futbolunu isə korrupsiya və siyasiləşmədə ittiham edib.


News365.az xəbər verir ki, Saakaşvili bu barədə Feysbuk səhifəsində yazıb.


O bildirib ki, Gürcüstanın güclü futbolçu nəsli var, lakin son illərdəki nəticələr futbol sahəsində genişmiqyaslı korrupsiya və bəzi oyunçuların siyasi mövqelərə bağlılığı ilə izah olunur.


Saakaşvili xüsusilə, hakim “Gürcü Arzusu” Partiyasının təbliğat tədbirlərində iştirak edən və partiya üzvlərinin bizneslərində pay əldə edən milli yığma komandanın futbolçularını tənqid edib


Sizin reklam burada
Sizin reklam burada