"2027-ci ilin dövlət büdcəsində ərazilərin yaşıllaşdırılması, işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi və bərpası, əhalinin doğma yurdlarına qayıdışı əsas prioritetlər sırasında olacaq".
News365.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova bunu parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, süni intellekt texnologiyalarının tətbiqi, təmiz ətraf mühitin və yaşıl artımın təmin olunması da büdcənin prioritet istiqamətlərindəndir.
Spikerin sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunub və plenar iclasa tövsiyə edilib.
S.Qafarova əlavə edib ki, ənənəyə uyğun olaraq, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri və nümayəndələri də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına dəvət olunub, onlara fikirlərini ifadə etmək imkanı yaradılıb.