“Vulcan” raketi qəzaya uğradı

“Vulcan” raketi qəzaya uğradı
10:05

ABŞ-ın "United Launch Alliance" (ULA) şirkətinin istehsalı olan "Vulcan" raketi buraxılışdan təxminən 10 dəqiqə sonra texniki problemlə üzləşib.

News365.az xəbər verir ki, bu barədə şirkət "X" sosial şəbəkəsində açıqlama yayıb.

Məlumata görə, raket Kosmik Buraxılış Kompleksi 41-dən (SLC-41) havaya qalxdıqdan sonra uçuşun 10-cu dəqiqəsində gözlənilməz nasazlıq baş verib. Hadisə nəticəsində "Amazon" missiyasına aid faydalı yük nəzərdə tutulan orbitə çatdırılmayıb.

İlkin qiymətləndirmələrə əsasən, qəzanın raketin yuxarı pilləsində yaranan texniki nasazlıqla əlaqəli olduğu ehtimal edilir.


Sizin reklam burada
Sizin reklam burada