Noyabrın 15-i axşam saatlarından başlayaraq əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb.
Bu barədə Baki Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.
"Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin növbətçi briqadaları hadisə yerlərinə operativ şəkildə cəlb olunub.
Qeyd edək ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirir, güclü küləkli hava şəraitinin davam etməsi ehtimalı nəzərə alınaraq Birliyin əməkdaşları şəhərin yaşıllıq ərazilərində nəzarət və monitorinq tədbirlərini həyata keçirirlər", - məlumatda qeyd olunub.