Fransada kiberhücum: 22 milyon nəfərin məlumatları oğurlandı

Fransada kiberhücum: 22 milyon nəfərin məlumatları oğurlandı
10:43

Fransanın milli poçt operatoru “La Poste” şirkətinin rəqəmsal platformalarından biri kiberhücuma məruz qalıb. Hadisə nəticəsində 22 milyon şəxsin fərdi məlumatlarının ələ keçirildiyi bildirilir.

News365.az APA-ya istinadən xəbər verir ki, hücum şirkətlərə elektron sənəd dövriyyəsi və onlayn poçt xidmətləri təqdim edən “Maileva” platformasında sentyabrın ortalarında qeydə alınıb.

“La Poste” şirkətinin açıqlamasına görə, kiberinsidentlə bağlı Fransanın Şəxsi Məlumatların Qorunması üzrə müvafiq qurumuna rəsmi məlumat verilib. Hazırda hadisənin təfərrüatları araşdırılır.

Qeyd edək ki, Fransada son dövrlər bir sıra iri kiberhücumlar baş verib. Ayın əvvəlində “Credit Mutuel Arkea” bankına edilən hücum zamanı 133 milyon dollardan artıq dəyərdə kriptovalyutanın oğurlandığı bildirilmişdi.

Bundan başqa, oktyabr ayında ölkədə yüzlərlə supermarketin soyutma sistemləri hədəfə alınıb. Hücumlar nəticəsində ərzaq məhsulları yararsız hala düşüb və müəssisələrə maddi ziyan dəyib. Fransa Xarici İşlər Nazirliyi bu hadisələrə görə İran İslam İnqilabı Keşikçiləri Korpusunu məsul hesab edib.


Sizin reklam burada
Sizin reklam burada