İndoneziyanın Lampunq əyalətlərində şiddətli fırtına səbəbindən təxminən 600 evə ciddi ziyan dəyib.
News365.az xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin məlumatında deyilir.
Bildirilib ki, qasırğa nəticəsində 3 nəfər xəsarət alıb.
Təbii fəlakətlə əlaqədar Qərbi Yava əyalətində fövqəladə vəziyyət rejimi elan edilib.