Mağaza və xidmət obyektlərində qiymətlərin göstərilməməsi və ya xarici valyutada təqdim olunması sahibkarların cərimələnməsinə səbəb ola bilər.
News365.az xəbər verir ki, bununla bağlı qanunvericilikdə müvafiq cərimələr nəzərdə tutulub.
Belə ki, satışda olan malların üzərində qiymət kağızlarının, göstərilən xidmət və işlər üçün isə qiymət cədvəlləri və menyuların olmamasına, yaxud düzgün tərtib edilməməsinə görə 800 manatdan 1 000 manatadək cərimə tətbiq edilir.
Bundan əlavə, Azərbaycan ərazisində satılan malların, işlərin və xidmətlərin qiymətlərinin manatla göstərilməməsinə görə sahibkarlar 1 100 manatdan 1 650 manatadək cərimələnə bilərlər.