Avropa ölkələri Ukraynadakı münaqişənin həlli ilə bağlı sülh danışıqlarında “E5 + Aİ” formatında iştirak edəcəklər.
Bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Finlandiya Prezidenti Aleksandr Stubbla söhbətindən sonra “X” sosial şəbəkəsində bildirib.
Məlumata görə, danışıqlarda Aİ qurumları ilə yanaşı, Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransa da təmsil olunacaq.