Azərbaycanda daha bir vəkil barəsində həbs qətimkan tədbiri seçilib.
News365.az xəbər verir ki, 9 saylı vəkil bürosunun əməkdaşı Elçin Əmirov polis tərəfindən saxlanılıb.
Məlumata görə, vəkil vətəndaşın polisə ünvanladığı şikayət əsasında cinayət məsuliyyətinə cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar törədildikdə dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Elçin Əmirov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.
Hazırda vəkil Bakı İstintaq Təcridxanasında saxlanılır.
Xatırladaq ki, bundan iki gün əvvəl vəkil Raman Abışov da həbs edilib. O, hədə-qorxu ilə tələb etmə ittihamı ilə saxlanılıb.///qafqazinfo