Məktəblərdə payız tətili başlayıb

Məktəblərdə payız tətili başlayıb
10:35

Bu gündən Azərbaycanda 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində payız tətilinə start verilib.

News365.az xəbər verir ki, beş gün davam edəcək tətil noyabrın 20-dək sürəcək.

Tətil günləri başa çatdıqdan sonra altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən məktəblərdə dərslər noyabrın 21-də, beşgünlük iş həftəsi ilə çalışan təhsil müəssisələrində isə noyabrın 23-də bərpa olunacaq.

Qeyd edək ki, payız tətili məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına da şamil edilir.

Payız tətilinin vaxtı Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nə uyğun müəyyənləşdirilib.


Sizin reklam burada
Sizin reklam burada