Puşkinin əsərində gənc Xəzər Xanı KİMDİR?

Puşkinin əsərində gənc Xəzər Xanı KİMDİR?
09:36
Aleksandr Puşkinin ilk tamamlanmış poeması olan Ruslan və Lyudmila filiminə uşaq vaxtı bir neçə dəfə baxmışam. Bu gün oturub filmə təkrar baxanda Ruslanın rəqibi və Kiyev knyazının qızı Lyudmilaya elçi düşüb, sonradan onun axtarışına gedənlərdən birinin də Xəzər xanı Radmir olduğuna fikir verdim. Uşaqlıq illərimdə bu detal o qədər də diqqətimi cəlb edə bilməzdi, Sovet idealogiyasının təsiri hər yerdə hiss edilirdi. Lakin bu gün filmə təkrar baxanda bu adı görməyim kiçik bir araşdırma aparmaq qərarına gəldim.
İlk öncə qeyd edim ki, Avropada qurulan ilk türk dövlətlərindən ən qüvvətlisi və ən uzun ömürlüsü Xəzər xaqanlığıdır. Qara dənizin şimalına qədər hakimiyyətini genişləndirən Qərb Göytürk dövlətinin davamı kimi meydana gəlmişdir. Göytürklər VII yüzilliyin başlanğıcında Xəzər dənizi və Qara dəniz arasında dağınıq halda yaşayan Sabar, Ogur və Onogur kimi türk tayfaları qüvvətli bir birlik kimi təşkilatlandılar və bu birlik "Xəzərlər" adı altında Qafqaz tarixində unudulmayan iz qoydular. Xəzərlərə Bizans və Çin qaynaqlarında "Türk" və ya "Türk Xəzər", başqa qaynaqlarda isə "Kaspi" adı ilə rast gəlmək olar.
Xəzərlərin mənşəyi haqqında danışan orta yüzilliklərin səyyahları və son dövr araşdırmaçılarının çoxu onların türk boylarından biri olduğunu yazır. Təbəri, Məsudi, İbn Xəldun və digər ərəb tarixçiləri və səyyahları xəzərlərdən türk boyu olaraq bəhs edirlər. Bir çox yəhudi tarixçiləri də Millman, Dunlop və digərləri də xəzərlərin türk kökənli olduğunu təsdiq edirlər.
Eramızın 9-cu əsrin əvvələrindən isə slavyan birlikləri Xəzər dövlətinin nəzarətində olan bir sıra torpaqları ələ keçirdi. Ümumiyyətlə bu illərdə güclənməkdə olan slavyan birlikləri Kiyev Knyazlığını qurmağı bacarmışdılar. Buna görə də onların dostluq etdiyi xəzərlər ilə yaxın əlaqələrini Puşkin bilirdi və buna görə də əsərinə dörd qəhrəmandan birini də Xəzər xanı Radmiri əlavə etmiş idi.
Əsərdə Radmir Ruslanın rəqibi kimi yazılır. Lyudmilaya aşiq olan Radmir onun ürəyini əldə etmək istəyir. Lakin knyaz qızı Ruslanı sevir və nəticədə onunla ailə qurur və toy gecəsi Çernomor onu qaçırır və bu da Ratmir də taleyin ikinci şans verdiyi anlayr və Lyudmilanı axtarmağa gedir.
Xəzər Xan Ratmiri niyə yarı yolda Puşkin saxlayır, bu müəmmalıdır. Puşkinə görə o, yaxşı döyüşçüdür və axtarışları zamanı gənc bir çoban qıza aşiq olur, onunla yaşayır və zahid həyatı yaşayır. Müharibələrdən, döyüşlərdən bezdiyini, xoşbəxt dinc həyat istədiyini etiraf edir:
“... Qılıncını və ağır dəbilqəsini yerə qoydu,
Həm şöhrət, həm də düşmənlər unudulub.
Dinc və naməlum bir zahid,
Xoşbəxt səhrada qaldı...” (Ratmir özü haqqında)
Əsərdə Radmir sakit xarakterə malik insandır. O, təmkinlidir, nadir hallarda emosiya nümayiş etdirir, az danışır. Səs-küylü məclisləri sevmir. Eyni zamanda, Radmir qürurlu və prinsipialdır. Sıxlıq ona yaddır. Hər şeyə özü nail olur. Və o, həyat qaydalarına zidd olsa, dəfnələri qurban verə bilər. Zahirən qapalı, səssiz, tutqun adamdır. O, heç vaxt ilk danışan olmayacaq. Dostlar azdır, amma onlar yalnız realdır. Məhz bu insanlara o, tamamilə açılmağa hazırdır. Radmir dostluğa dəyər verir. Mübahisələrə və nöqsanlara yol vermir. Və buna görə də o, öz dairəsinə yalnız seçilmiş bir neçə nəfəri buraxır.
Beləcə gənc Xəzər xanı Radmır bu günə qədər Puşkin əsərinin qəhrəmanı olaraq tarixi filmlərdə və tamaşalarda dəfələrlə oynanılır.
Zaur Əliyev, tarixçi alim

Sizin reklam burada
Sizin reklam burada