Eldar Əzizov vəzifə qarşılığında Mehdiyevə bir neçə mənzil verib

Eldar Əzizov vəzifə qarşılığında Mehdiyevə bir neçə mənzil verib
20 Okt 2025 21:30

Prezident Administrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması onun sərvətini də gündəmə gətirdi.

News365.az “Gününsesi.info”ya istinadla xəbər verir ki, 22 il Azərbaycan hakimiyyətinin ən yüksək zirvəsində təmsil olunan Ramiz Mehdiyev bu illər ərzində milyardlarla var-dövlətə sahib olub.

Mehdiyevin fəaliyyəti dönəmində onu sərvət sahibi edən əsas adamlar isə rayon-şəhər icra hakimiyyətlərinin başçıları olub.

Demək olar ki, müxtəlif illərdə Bakının rayonlarına rəhbərlik edənlər Mehdiyevə villalar, yaşayış binalarında çoxsaylı mənzillər hədiyyə edib.

Məlumata görə, Ramiz Mehdiyevə ən bahalı hədiyyə verənlərdən biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov olub.

Belə ki, Eldar Əzizov paytaxt meri gətiriləndən qısa zaman sonra Ramiz Mehdiyevlə isti münasibət qurmağı bacarıb.

Bu münasibət nəticəsində Eldar Əzizov Bakının mərkəzində yeni inşa olunan yaşayış binalarının birində bir neçə mənzili birləşdirərək Mehdiyevə hədiyyə edib.

Məsələ ilə bağlı əməkdaşımız Eldar Əzizovun özü ilə əlaqə saxlamağa çalışıb.

Lakin paytaxt meri telefon zənglərimizi cavabsız buraxıb.


Sizin reklam burada
Sizin reklam burada