“Ramiz Mehdiyevə qarşı ittihamlar hüquqi baxımdan əsaslıdır” - Hikmət Babaoğlu

“Ramiz Mehdiyevə qarşı ittihamlar hüquqi baxımdan əsaslıdır” - Hikmət Babaoğlu
12:57

Hüququn heç kimə fərq qoymadan bütün vətəndaşlara şamil edilməsi hüquqi dövlətin əsas prinsiplərindən biridir. Ona görə də, əgər konkret ittihamlar varsa və həmin şəxsə qarşı ittiham irəli sürülərək həbs-qətimkan tədbiri seçilirsə, bu, cəmiyyətdə ədalətin və hüququn təntənəsidir.

Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Ramiz Mehdiyev barəsində aparılan istintaqa münasibət bildirərkən News365.az-a açıqlamasında deyib.

Deputat qeyd edib ki, hazırda müxtəlif ittihamlar mövcuddur və uzun illərdir mövcud olan ictimai versiyaların hüquq vasitəsilə təsdiqlənməsi prosesinə şahidlik edilir:

“Müxtəlif şəxslər haqqında ictimai rəydə fərqli fikirlər dolaşırdı. Bəzən bu fikirlər hüquqi təsdiqini tapır, bəzən isə yox. İndiki halda akademik Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar hüquqi baxımdan əsaslandırılmış ittihamlardır.”

Hikmət Babaoğlu əlavə edib ki, bəzi xarici mərkəzlərin Cənubi Qafqazda sabitliyi pozmağa yönəlmiş cəhdləri müşahidə olunur:

“Görünür, bəzi imperialist mərkəzlərin regionda paralel çevriliş planları var. Belə mərkəzlərin haradan idarə olunduğu Azərbaycan cəmiyyətinə bəllidir. Azərbaycan dövlətinin əsas vəzifəsi vətəndaşların təhlükəsizliyini təmin etmək, əldə etdiyimiz tarixi zəfəri qorumaq və onu gələcək nəsillərə miras qoymaqdan ibarətdir,” – deyə deputat vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada