Bakı metrosunda yenilik: Bu stansiyalarda qatarlar daha tez gələcək

Bakı metrosunda yenilik: Bu stansiyalarda qatarlar daha tez gələcək
17:45

Bakı metrosunun “Cəfər Cabbarlı-Xətai” mənzilində interval iş günlərində 5, həftə sonları 4 dəqiqə azaldılaraq qrafik optimallaşdırılıb.

Bu barədə News365.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Məlumata görə, “Cəfər Cabbarlı” stansiyasında və yaxın tuneldə aparılan təmir işləri ilə əlaqədar qatarların qəbulu hazırda yalnız bir platformadan həyata keçirilir. Buna baxmayaraq, sahə üzrə tunellərdə qatarların hərəkətinin təşkili ilə bağlı sınaqlar uğurla yekunlaşdırılıb və təhlükəsiz hərəkət tam təmin edilməklə 12 dəqiqəlik intervalın 7 dəqiqəyə endirilməsi mümkün olub.


Sizin reklam burada
Sizin reklam burada