"Zəngilan strateji əhəmiyyəti ilə ön plana çıxır"- Turan Rzayevin ŞƏRHİ

"Zəngilan strateji əhəmiyyəti ilə ön plana çıxır"- Turan Rzayevin ŞƏRHİ
12:00

"Zəngilan Azərbaycanın strateji bölgələrindən biridir".

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, Zəngilan hal-hazırda Azərbaycanın ən strateji bölgələrindən biridir.

Onun sözlərinə görə, ərazinin əhəmiyyəti həm İranla sərhədlə, həm də Ermənistanla kritik nöqtədə yerləşməsi ilə bağlı daha da artır.

Rzayev vurğulayıb ki, Zəngilan ərazisindən keçən Zəngəzur dəhlizi, eyni zamanda gələcəkdə Trump dəhlizi bölgənin strateji və iqtisadi dəyərini yüksəldir. Bu ərazi yalnız transit keçid və ticarət baxımından deyil, həm də turizm və sənaye inkişafı üçün önəmlidir.

Politoloq qeyd edib ki, bu tipli transit keçid nöqtələrində şəhərləşmə sürəti artır, iş yerləri çoxalır və məsuliyyət sistemi güclənir. Dövlətin ərazidə infrastruktur layihələrini sürətləndirməsi, insanların yerləşdirilməsi və bərpa işlərini prioritetləşdirməsi də strateji əhəmiyyətin göstəricisidir.

Zəngilanın gələcəkdə yeni hava limanı, həmçinin təhsil mərkəzləri və universitetlər üçün əhəmiyyətli məntəqəyə çevriləcəyi vurğulanıb. Politoloq bildirib ki, yerli və xarici şirkətlərin investisiyaları, dövlətin təşviqedici tədbirləri bu bölgənin iqtisadi inkişafını daha da sürətləndirəcək.

Rzayevin sözlərinə görə, görülən bütün işlər Zəngilanı strateji, iqtisadi və sosial baxımdan önəmli bir regiona çevirir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada