"Azərbaycan regionda sülh missiyalarında təcrübəyə malikdir".
Milli Məclisin deputatı Rasim Musabəyov News365.az-a açıqlamasında bildirib ki, Azərbaycan region ölkələri ilə yanaşı, böyük güclərin sülh proseslərində iştirakında da aktiv rol oynayır.
Deputat vurğulayıb ki, Azərbaycan uzun müddət ərzində sülh proseslərini dəstəkləyib və bu sahədə kifayət qədər təcrübəyə malikdir.
O qeyd edib ki, Azərbaycan İsraillə də əlaqələr saxlayır və bu ölkə tərəfindən yaxın dövlət hesab olunur:
“Azərbaycan böyük güclərin sülhməramlı fəaliyyətlərinə cəlb olunub. Ölkəmiz Kosovo, Əfqanıstan və İraqda sülhməramlı missiyalarda iştirak edib və bu missiyaları uğurla yerinə yetirib. Azərbaycan hər hansı bir tapşırığı uğurla yerinə yetirə biləcək imkan və təcrübəyə malikdir”.